Dünya əhalisinin orta sıxlığı bir çox faktorlara görə regiondan regionadəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km² 45 nəfərdir. Dünyaəhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isəsıxlığına görə ilk yerləri Niderland, Almaniya tutur. Burada sıxlıq hər
km² 2000 neferdir. Burada sıxlıq Dünyanın ən çox məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır. Dünya əhalisinin orta sıxlığı 1 km2–də 41 nəfərdir. Əhalinin sıxlığını - onun sayını ərazinin sahəsinə bölməklə təyin edirlər. Dünya əhalisi qeyri-bərabər məskunlaşıb. Belə ki, dünya əhalisinin 4/5-ü şərq yarımkürəsində (qərb yarımkürəsi ilə müqayisədə), 9/10 hissəsi isə şimal yarımkürəsində (cənubla müqayisədə) yaşayır. Həm də əhalinin əsas hissəsi mülayim, subtropik və subekvatorial iqlim qurşaqlarında, okean səviyyəsindən 500 m-ə qədər hündürlükdə yerləşən düzən sahələrdə, Nil, Dəclə, Yanszı, Xuanxe, Qanq çaylarının sahillərində yaşayırlar. Əhali tərəfindən çox az məskunlaşan ərazilər isə daimi donuşluq zonaları, qütb və yüksək dağlıq sahələr, səhralar, isti və rütubətli ekvatorial meşələrdir.
Əhalinin yerləşməsinə relyef və iqlim kimi təbii şəraitdən başqa, tarixi, demoqrafik və sosial-iqtisadi amillər də güclü təsir göstərir.
Dünyanın siyasi xəritəsində əhalinin cəmləşdiyi bir necə başlıca areal fərqlənir: 1. Şərqi Asiya (1,5 mlrd nəfər), 2. Cənubi Asiya (1,4 mlrd nəfər), 3. Cənub-Şərqi Asiya (0,5 mlrd nəfər), 4. Qərbi Avropa, 5. ABŞ-nın şimal şərqi.
Mikro dövlətləri çıxmaq şərti ilə Banqladeş əhalinin sıxlığına görə dünyada 1-ci yeri tutur. (1 km2-də 850 nəfər)
Iqlimi sərt, yamacları çox meylli, təbii şəraiti əkinçilik üçün əlverişsiz olan yüksək dağ yamaclarında əhali çox seyrək məskunlaşıb. Boliviya, Əfqanıstan, Nepal, Butan, İsveçrə kimi ölkələrin əhalisi əsasən dağlarda məskunlaşıb.
Kanada-Arktika arxipelaqı, Böyük Səhra, Şimali-Şərqi Sibir, Turan ovalığı dünyanın çox az məskunlaşmış əraziləridir. Burada eskimos, yakut, Avstraliya aborigenləri kimi xalqlar yaşayır.
Daha geniş əraziyə malik olan Kanada, Avstraliya, Braziliya, Türkmənistan kimi ölkələrin əhalisi tərəfindən mənimsənilməsi üçün böyük potensialı var.
Agzinizi
YanıtlaSil