Hidrosferin digər təbəqələrlə əlaqəsi suyun dvranı nəticəsində baş verir.Dünya okeanından günəş erejisinin təsirilə ilə 504 min kub km su buxarlanır.Buxarlanan suyun 90%-i yağıntı formasında yenidən okeana qayıdır.Buna suyun kiçik dövranı adlanır.Buxarlanan suyun az bir hisəsi 10%-i atmosferin dövranı nəticəsində hava axınları ilə quruya qayıdır.Düşən yağıntının bir hissəsi torpağın rütubətlənməsinə ,bir hissəsi səth axınların yaranmasına səbəb olur.Yenidən çaylar vasitəsilə suyun okeanlara qayıtması suyun böyük dövranı adlanır.Yeraltı suların bir həssəsi birbaşa okeanlara,digər hissəsi bulaqlar şəlində çaylara,axarlı göllərə axır,sonradan okeanlara gedir.
Aysberqlərin okeana düşməsi suyun böyük dövranına aiddir.Suyun dövranı digər təbəqələrdə də maddələr dövranına səbəb olur.Çaylarla okeana qayıdan su özü ilə çöküntü süxurlarını aparır.Bu proses Yerdə relyefin əmələ gəlməsində mühüm rol oynayır. Suyun dövranı nəticəsində torpağa düşən atmosfer yağıntıları burada olan mineral maddələri həll edir.Sonraonlar bitkilər tərəfindən sovrulur və onların vegitasiyası gedir.Onların qəbul etdiyi suyun bir hissəsi buxarlanmaya sərf olunur. İnsan təsərrüfat fəaliyyəti az da olsa suyun dövranına təsir edir.Meşələrin qırılması ,torpaqların qurudulması,dəniz və okeanların neftlə çirklənməsi buxarlanan suyun miqdarını azaldır.Digər tərəfdən su anbarlarının,torpaq sahələrinin suvarılması buxarlanan su hövzələrinin sahəsini artırır.
Hiç yorum yok :
Yorum Gönder