Elektron Resurslarım

Xristofor Kolumb (lat. Christophorus Columbus, it. Cristoforo Colombo, isp. Cristóbal Colón; 27 oktyabr 1451, Genuya, İtaliya - 20 may1506, Valyadolid, İspaniya) — məşhur səyyah, Amerika qitəsini kəşf etmişdir.
1492-ci il avqustun 3-də Kolumb İspaniyanın Palos limanından uzaq səfərə çıxır. Onun komandası 90 nəfərdən və 3 gəmidən: "Santa Mariya", "Pinta" və "Ninya" gəmilərindən ibarət idi. 1492-ci ilin oktyabrının 12-də gecə yarı Matros Rodrigo "quru" deyə qışqırmağa başlayir. Bu zaman Kolumb çox sevinir. O, guman edir ki, Hindistana Dəniz yolunu artıq tapıb. Amma onların gördükləri quru sahəsi Baham adalarından biri olan Sansalvador idi. O, qiymətli daş-qaş axtarışı məqsədi ilə cənuba doğru üzür və oktyabrın 29-da Kuba adasını kəşf edir. O, burada heç bir şey tapa bilmədiyi üçün yenidən üzməyə başlayır və dekabrın 6-da Haiti adasını tapır. Bu zaman "Santa Mariya" gəmisi qəzaya uğrayır. O, burada 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlir. Həmin il martın 15-də o, İspaniyaya çatır. Birinci səyahətdən sonra onu İspaniyada yaxşı qarşıladılar. O, İspaniya Kraliçasını inandıra bildi ki, yəni kəşf olunan ölkələr xəzinəyə külli 
miqdarda gəlir vərəcək. Bundan sonra o "Baş okean admiralı" rütbəsinə yüksəlir.
http://parvan1974.edu.glogster.com/edit/43313204/


Nəqliyyat növləri on PhotoPeach

Hiç yorum yok :

Yorum Gönder