1 Aralık 2014 Pazartesi

Azimut

Azimut (ərəb.) — mənası "istiqamət" deməkdir. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0-3600 arasında dəyişir.
    Azimutu kompasla, planda isə transportirlə ölçürlər. Planda cəhətləri təyin etmək üçün şimala olan istiqaməti bilmək lazımdır. Şimala olan istiqamət adətən planın kənarında oxla göstərilir. Ox verilmədikdə isə planın yuxarısı şimal, aşağısı cənub, sağı şərq, solu qərb hesab olunur.
    Yerli əlamətlərə görə cəhətlərin təyini: Tutqun havada kompas 
olmadıqda cəhətlər aşağıdakı yerli əlamətlərə görə təyin edilir.
  • mamırlar və şibyələr əşyaların şimal tərəfində yaxşı inkişaf edir.
  • tək dayanan ağacın qol-budağı cənub tərəfdə qalın olur.
  • qarışqa yuvaları ağacların, kolların cənub tərəfində yerləşir və s.

Hiç yorum yok :

Yorum Gönder