Su dövranı — Biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir. Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır.
Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir.Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur. Su canlı orqanizmlərin həyat fəaliyyəti üçün ən qiymətli və ən lazımlı maddədir. Su buxarı hidrosfer, atmosfer ilə mübadilə və qarşılıqlı əlaqə ilə yaranır. Atmosfer yağıntıların bir qismi buxarlanır, bir qismi daimi axarlara, göllərə, bir qismidə yer qabığına sızaraq yeraltı sular yaradır.
Hiç yorum yok :
Yorum Gönder