Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Dünyada türk xalqlarının sayı 177.388 milyondan çoxdur .“Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir
Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı ("Dədə Qorqud", "Oğuz Xaqan", "Koroğlu", "Manas"), adət-ənənələr, oxşar toponimlər türk xalqlar ını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə - Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə "Tyuku" (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.
Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:
Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).

- Oğuz – Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları,
- Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
- Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
- Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.
Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).
Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya,Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.
Hiç yorum yok :
Yorum Gönder